Rafinya bu sözlərinə görə üç oyunluq cəzalandırıla bilər

15 Aprel 2026 13:13
175
Rafinya bu sözlərinə görə üç oyunluq cəzalandırıla bilər

“Barselona” futbol komandasının hücumçusu Rafinya “Atletiko”ya qarşı keçirilən oyundan sonra hakimlərin idarəçiliyinə sərt etiraz edib.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu komandasına qarşı haqsızlıq edildiyini bildirib.

“Hesab edirəm ki, bu, bir soyğun idi. Bizi tamamilə soydular. Qalib gəlmək üçün üçqat çox səy göstərməli olduğunu görmək çox ağırdır. “Atletiko”nun nə qədər qayda pozuntusu etdiyini bilmirəm... Hakim isə bir dənə də olsun sarı vərəqə göstərmədi. Hakimlərin “Barsa”ya qarşı standartlarının necə olduğunu həqiqətən anlamaq istəyirəm. Hakimlərin “Barsa”nın qələbələrindən niyə qorxduğunu çox bilmək istəyirəm”, - deyə hücumçu söyləyib.

Qeyd edək ki, hakimləri oğurluqda ittiham edən bu cür sərt açıqlamalar görə, futbolçular UEFA tərəfindən ən yaxşı halda üç oyunluq cəzalandırılırlar.

İdman.Biz