Argentinanın “Gimnasia de Jujuy” klubunun futbolçusu Emiliano Endritssi təyyarədə etdiyi uğursuz zarafat səbəbindən polis tərəfindən saxlanılıb.
İdman.Biz xəbər verir ki, argentinalı oyunçu təyyarənin göyərtəsində zarafatla “məndə bomba var” deyə qışqırıb. Onun bu sözləri hava limanında ciddi həyəcana səbəb olub və təhlükəsizlik qaydalarına uyğun olaraq dərhal tədbir görülüb.
Hadisə nəticəsində təyyarənin uçuşu təxirə salınıb, hava limanının iş rejimi isə ciddi şəkildə pozulub. Endritssinin bu hərəkəti ucbatından 1200-dən çox sərnişin vaxtında mənzil başına çata bilməyib.
Qeyd edək ki, 32 yaşlı futbolçu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və ona qarşı araşdırma başlanılıb.
