Fernandu Satuş üçün yeni iş yeri var - VİDEO

10 Aprel 2026 10:17
220
Fernandu Satuş üçün yeni iş yeri var - VİDEO

Qana Futbol Assosiasiyası (GFA) DÇ-2026-nın startına az qalmış milli komandaya yeni baş məşqçi gətirməyi planlaşdırır. Otto Addonun istefasından sonra vakant qalan posta üç tanınmış portuqaliyalı mütəxəssisin namizədliyi nəzərdən keçirilir.

İdman.Biz xəbər verir ki, namizədlər siyahısında Azərbaycan millisinin sabiq çalışdırıcısı Fernando Santoş, Karloş Keyroş və Paulo Bento yer alıb. Hər üç mütəxəssis beynəlxalq səviyyədə, xüsusən də dünya çempionatlarında böyük təcrübəyə malikdir.

Santoş ötən ilin sentyabrında uğursuz nəticələrə görə Azərbaycan yığmasından qovulduqdan sonra hazırda işsizdir. Karloş Keyroş son olaraq Oman, Paulo Bento isə BƏƏ yığmasını çalışdırıb. GFA-nın turnir öncəsi komandada sabitlik yaratmaq üçün qısamüddətli müqavilə variantını da dəyərləndirdiyi bildirilir.

Qeyd edək ki, Qana millisi DÇ-2026-nın L qrupunda İngiltərə, Panama və Xorvatiya ilə mübarizə aparacaq. Komandanın turnirdəki ilk oyununu iyunun 17-də Panamaya qarşı keçirəcək.

İdman.Biz