Brunu Fernandeş “Mançester Yunayted”dəki gələcəyindən danışdı

10 Aprel 2026 09:27
161
Brunu Fernandeş “Mançester Yunayted”dəki gələcəyindən danışdı

İngiltərənin “Mançester Yunayted” futbol komandasının kapitanı Brunu Fernandeş klubdakı gələcəyi və şəhərdəki həyatı ilə bağlı səmimi açıqlamalar verib. Təcrübəli yarımmüdafiəçi özünü və ailəsini burada çox rahat hiss etdiyini vurğulayıb.

İdman.Biz xəbər verir ki, Fernandeş Mançesteri artıq öz evi kimi gördüyünü bildirib.

O, övladlarının bu şəhərdə böyüməsindən məmnunluğunu ifadə edib:

“Mançesterdə özümü evimdəki kimi hiss edirəm. Övladlarım da burada çox rahatdırlar. Mənim üçün uşaqlarımın bu qədər zövq aldığı və özlərini doğma məkanda hiss etdikləri bir yerdə olmaq möhtəşəmdir”.

Qeyd edək ki, 2020-ci ildən “qırmızı şeytanlar”ın formasını geyinən Brunu Fernandeş komandanın əsas aparıcı simalarından biri hesab olunur.

İdman.Biz