İspaniyanın “Barselona” futbol komandasının gənc mərkəz müdafiəçisi Pau Kubarsi Çempionlar Liqasında “Atletiko”ya məğlub olduqları oyundan sonra səmimi açıqlamalarla çıxış edib.
İdman.Biz “Diario AS” nəşrinə istinadla xəbər verir ki, 19 yaşlı futbolçu matçın taleyini həll edən səhvdə özünü günahlandırıb. O, futbolun belə anlardan ibarət olduğunu və buraxılan qola görə məsuliyyət daşıdığını bildirib.
“Bir hərəkət matçın taleyini müəyyənləşdirir və nəticəyə təsir edir. Futbol belədir və mən baş verənlərə görə məsuliyyəti öz üzərimə götürürəm. Qarşıda hələ gediləcək yolumuz var. Biz həmişəkindən daha çox birlikdəyik, bir ailəyik və bunu hər zaman sübut etmişik. Səy və əzmlə irəli addımlayacağıq, heç vaxt təslim olmayacağıq”, - deyə Kubarsi vurğulayıb.
