Yamal, Kvaratsxeliya və Noyer Çempionlar Liqasında həftənin komandasında

9 Aprel 2026 19:46
148
Yamal, Kvaratsxeliya və Noyer Çempionlar Liqasında həftənin komandasında

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) özünün X sosial media səhifəsində bu həftənin Çempionlar Liqasının ən yaxşı oyunçularından ibarət simvolik komandasını təqdim etdi.

İdman.Biz UEFA-ya istinadən simvolik komandanı təqdim edir:

Qapıçı: Manuel Noyer (Bavariya).

Müdafiəçilər: Yosip Stanişiç (Bavariya), Markinyos (PSJ), Robin Le Norman (Atletiko Madrid), Maksimiliano Arauxo (Sportinq).

Yarımmüdafiəçilər: Coşua Kimmix (Bavariya), Joao Neveş (PSJ), Kay Havertz (Arsenal).

Hücumçular: Lamin Yamal (Barselona), Xviça Kvaratsxeliya (PSJ), Xulian Alvarez (Atletiko Madrid).

Bu mövsümün turnirinin finalı Budapeştdəki “Puskas Arena”da 30 mayda keçiriləcək.

İdman.Biz