Manuel Noyer Çempionlar Liqasında həftənin oyunçusu seçilib

9 Aprel 2026 19:16
200
Manuel Noyer Çempionlar Liqasında həftənin oyunçusu seçilib

“Bavariya”nın 40 yaşlı qapıçısı və kapitanı Manuel Noyer Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

İdman.Biz bildirir ki, yarışın mətbuat xidməti bu barədə X sosial media səhifəsində məlumat verib.

Çempionlar Liqasının dörddəbir finalında “Real Madrid”ə qarşı (2:1) matçda alman qapıçı doqquz seyv edib ki, bu da onun 2017-ci ildən bəri turnirin pley-off mərhələsindəki ən yaxşı göstəricisidir. Həmin matçda qapıçı 5,3 km məsafə qət edib.

Səsvermədə Noyer “Sportinq”ə matçda (1:0) qapısını toxunulmaz saxlayan “Arsenal”ın qapıçısı David Rayanı, “Liverpul”la oyunda (2:0) qol vuran PSJ-nin hücumçusu Xviça Kvaratsxeliyanı və “Barselona”ya qol vuran “Atletiko Madrid”in (0:2) hücumçusu Xulian Alvaresi qabaqlayıb.

İdman.Biz