Bu gün AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib.
İdman.Biz AFFA-ya istinadən xəbər verir ki, diplomları baş katibin müavini Elçin Məmmədov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov təqdim ediblər.
Qeyd edək ki, 2025-2026-cı illəri əhatə edən UEFA-nın A kateqoriyalı məşqçi kursunu Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov keçiblər.
