Qaraçı azarkeşlər altıncı liqa oyununda dava salıblar - VİDEO

9 Aprel 2026 17:50
125
Qaraçı azarkeşlər altıncı liqa oyununda dava salıblar - VİDEO

Slovakiyanın Preşov bölgəsində fotbol üzrə Altıncı liqanın 16-cı turu çərçivəsində keçirilən oyun qalmaqalla yadda qalıb.

İdman.Biz xəbər verir ki, “Rojkovanı” və Ostrovanın “İnter” klubları arasındakı qarşılaşmanın 75-ci dəqiqəsində gərginlik pik həddə çatıb. Hesab 1:1 olarkən baş hakimin meydan sahiblərinin xeyrinə penalti təyin etməsi qonaq azarkeşlərin sərt reaksiyasına səbəb olub.

Şahidlərin sözlərinə görə, bir qrup fanat mühafizə sədlərini yararaq təşkilatçılar və yerli azarkeşlərlə kütləvi davaya başlayıb.

Ostrovan kəndinin icra nümayəndəsi və “İnter” klubunun rəhbəri Rastislav Popuşa hadisənin ciddi olduğunu etiraf etsə də, günahın tamamilə onlarda olmadığını deyib. Onun sözlərinə görə, hadisə meydan sahiblərinin təxribatı nəticəsində baş verib:

“Təhqir olunanda emosiyalar üstün gəlir. İki yaşayış məntəqəsi arasında köhnədən qalan rəqabət var”.

Qeyd edək ki, qısa fasilədən sonra davam etdirilən oyun 2:2 hesabı ilə başa çatıb. “Rojkovanı” rəhbərliyi isə intizam komissiyasının kəsəcəyi maliyyə cərimələrinin kiçik bir klub üçün məhvüedici ola biləcəyindən narahatdır.

İdman.Biz