“Deportivo” La Liqaya qayıtdı

25 May 2026 03:52
260
“Deportivo” La Liqaya qayıtdı

İspaniyanın “Deportivo” futbol klubu La Liqaya qayıdıb.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, La-Korunya təmsilçisi 2025/2026 mövsümündə Primeraya yüksəlişi rəsmiləşdirib.

“Deportivo” bu uğura səkkiz illik fasilədən sonra imza atıb. Komanda həmin müddətin dörd ilini qeyri-peşəkar futbol səviyyəsi sayılan “Primera RFEF”də keçirib.

Bu, “Deportivo”nun tarixində La Liqaya 12-ci yüksəlişidir. Klub bu göstəricidə “Betis”in rekorduna şərik olub.

Qeyd edək ki, 1906-cı ildə yaradılan “Deportivo” İspaniya çempionu olmuş doqquz klubdan biridir. La-Korunya təmsilçisi elitaya qayıdışı 120 illik yubiley mövsümündə rəsmiləşdirib.

İdman.Biz