La Liqa: “Vilyarreal” “Atletiko”nu darmadağın edib üçüncü oldu - VİDEO

25 May 2026 01:36
186
La Liqa: “Vilyarreal” “Atletiko”nu darmadağın edib üçüncü oldu - VİDEO

Futbol üzrə İspaniya La Liqasının 38-ci turunda “Vilyarreal” “Atletiko”nu 5:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab 30-cu dəqiqədə açılıb. “Vilyarreal”ın yarımmüdafiəçisi Dani Parexo penaltini dəqiq yerinə yetirərək komandasını önə keçirib.

Dörd dəqiqə sonra Ayose Peres meydan sahiblərinin üstünlüyünü artırıb. 40-cı dəqiqədə Jorj Mikautadze hesabı darmadağın həddinə çatdırıb.

43-cü dəqiqədə “Atletiko”nun müdafiəçisi Mark Pubil fərqi azaldıb. Lakin fasiləyə qədər “Vilyarreal” daha bir qol vurub. 45-ci dəqiqədə Pap Qeye qonaqları mərkəzə dəvət edib.

İkinci hissədə də meydan sahibləri dayanmayıblar. 54-cü dəqiqədə Ayose Peres dublunu rəsmiləşdirərək matçın yekun hesabını müəyyənləşdirib - 5:1.

Bu qələbədən sonra “Vilyarreal” mövsümü 38 oyuna 72 xalla üçüncü pillədə başa vurub. “Atletiko” isə 69 xalla dördüncü yeri tutub.

Qeyd edək ki, hər iki komanda 2026/2027 mövsümündə Çempionlar Liqasında çıxış edəcək. La Liqadan “Barselona”, “Real” və “Betis” də Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaqlar. “Selta” və “Real Sosyedad” Avropa Liqasının qrup, “Xetafe” isə Konfrans Liqasının seçmə mərhələsinə vəsiqə qazanıb.

“Malyorka”, “Jirona” və “Real Oviedo” növbəti mövsüm Sequndada qüvvələrini sınayacaqlar.

İdman.Biz