Dünya futbolunda fəaliyyət göstərən ən yaxşı 20 baş məşqçinin siyahısı dərc edilib.
İdman.Biz “GiveMeSport” nəşrinə istinadla xəbər verir ki, reytinq cədvəlində bir çox ulduz mütəxəssislər yer alsa da, zirvədəki ad diqqət çəkib.
Hazırlanan siyahıda PSJ-nin baş məşqçisi Luis Enrike dünyanın ən yaxşısı elan edilib. İspaniyalı mütəxəssisi müvafiq olaraq Pep Qvardiola və Hansi Flik izləyir.
Siyahıda Karlo Ançelotti, Dieqo Simeone, Mikel Arteta, Antonio Konte və Tomas Tuxel kimi futbol dünyasının ağırçəkili simaları da üst sıralarda qərarlaşıblar. Xabi Alonso və Arne Slot kimi gənc məşqçilərlə yanaşı, milli komandaların sükançıları da reytinqdə yer alıb:
1. Luis Enrike (PSJ)
2. Pep Qvardiola (“Mançester Siti”)
3. Hansi Flik (“Barselona”)
4. Mikel Arteta (“Arsenal”)
5. Antonio Konte (“Napoli”)
6. Tomas Tuxel (İngiltərə millisi)
7. Dieqo Simeone (“Atletiko”)
8. Karlo Ançelotti (Braziliya millisi)
9. Xabi Alonso (Klubsuz)
10. Arne Slot (“Liverpul”)
11. Simone İnzaqi (“Əl-Hilal”)
12. Unai Emeri (“Aston Villa”)
13. Lionel Skaloni (Argentina millisi)
14. Didye Deşam (Fransa millisi)
15. Vinsent Kompani (“Bayern”)
16. Luis de la Fuente (İspaniya millisi)
17. Yulian Nagelsman (Almaniya millisi)
18. Devid Moyes (“Everton”)
19. Marko Silva (“Fulhem”)
20. Eddi Hau (“Nyukasl”)
