Slot PSJ ilə qarşıdan gələn oyun barədə şərh verib

8 Aprel 2026 19:09
174
Slot PSJ ilə qarşıdan gələn oyun barədə şərh verib

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 1/4 finalının PSJ ilə qarşıdakı ilk oyunu barədə danışıb.

İdman.Biz bildirir ki, matç bu gün saat 23.00-da start görürəcək.

“(Aleksander İsak) təxminən bir həftədir ki, komanda ilə tam məşq edir, ona görə də oynamağa hazırdır. Biz ona güvənə biləcəyimizə inanırıq, amma o, hələ start heyətində oynamağa hazır deyil.

Cəmi iki oyun qalıb və iki matçda çox şey baş verə bilər. Düşünürəm ki, hər iki komandanın çox yaxşı oyunçuları var, bunu ötən mövsüm yarışdığımız zaman da nümayiş etdirdik.

PSJ Avropa çempionudur və titullarına tam layiqdirlər. Və onlar heyətini bir yerdə saxlamağı bacardılar. Adətən, bir komandanı nə qədər uzun müddət bir yerdə saxlasanız, bir o qədər yaxşı olar, əgər bu mümkündürsə, çünki onlar keçən mövsüm böyük təəssürat yaratdılar”, - Slot rəsmi UEFA saytında bildirib.

Dörddəbir finalın ikinci oyunu 14 apreldə “Enfild”də keçiriləcək.

İdman.Biz
Məqalədə: