“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının dörddəbir finalının “Real Madrid”ə qarşı ilk oyununda (2:1) doqquz seyv edib.
İdman.Biz-in “OptaFranz”a istinadən məlumatına görə, o, Çempionlar Liqasının pley-off mərhələsində “Los Blancos”a qarşı “Santyaqo Bernabeu” stadionunda keçirilən matçda bunu edən ilk qapıçı olub.
“Bavariya” və “Real Madrid” arasında ikinci oyun aprelin 15-də keçiriləcək.
Oyun “Arena Münhen”də olacaq.
