“Real Madrid”in cinah oyunçusu Vinisius Junior Çempionlar Liqasının dörddəbir finalının “Bavariya”ya qarşı oyunun ilk hissəsində hakimlərin hərəkətlərindən qəzəblənib.
İdman.Biz bildirir ki, oyun 2:1 hesabı ilə “Bavariya”nın xeyrinə qurtarıb.
“Hakimlər hər iki komandaya eyni cür yanaşa bilərlər?”, - fasilə zamanı braziliyalı futbolçu tuneldə deyib.
Bu an DAZN kameraları tərəfindən lentə alınıb.
Matçı Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
