Lempard Çempionşipdə ilin ən yaxşı məşqçisi adına namizəddir

8 Aprel 2026 17:05
137
Lempard Çempionşipdə ilin ən yaxşı məşqçisi adına namizəddir

“Çelsi” klubunun və İngiltərə millisinin sabiq futbolçusu Frenk Lempard Çempionşipdə( İngiltərədə futbol liqa sistemində Premyer Liqadan sonra ikinci ən yüksək səviyyəli çempionat – red) mövsümün ən yaxşı məşqçisi adına namizədlər siyahısına daxil edilib.

İdman.Biz xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hazırda “Koventri” klubunu çalışdıran Lempard mükafat uğrunda “Milluoll”dan Aleks Nil, “Hall Siti”dən Sergey Yakiroviç və “Midlsbro”nun baş məşqçisi Kim Hellberqlə rəqabət aparacaq.

Qaliblər aprelin 19-da, bazar günü Londonda keçiriləcək İngiltərə Futbol Liqasının illik mükafatlandırma mərasimində açıqlanacaq.

Lempardın rəhbərlik etdiyi “Koventri”nin İngiltərə Premyer Liqasına yüksəlməsi üçün qalan 5 oyunda cəmi 4 xal toplaması kifayətdir. Bu baş verərsə, komanda 25 ildən sonra ilk dəfə elitaya qayıdacaq.

Qeyd edək ki, 2025-ci ildə Çempionşipdə ilin ən yaxşı məşqçisi adına “Bernli”nin baş məşqçisi Skott Parker layiq görülüb.

İdman.Biz
Məqalədə: