"Kəpəz" futbol klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
"Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.
Xatırladaq ki, cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub. O, başa çatan mövsümdə 16 oyuna 2 qol vurub. "Kəpəz" daha əvvəl Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.
