Konte İtaliya millisində işləmək ehtimalına münasibət bildirib

8 Aprel 2026 11:21
154
Konte İtaliya millisində işləmək ehtimalına münasibət bildirib

Antonio Konte İtaliya millisinin baş məşqçisi postuna mümkün təyinatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O qeyd edib ki, mediada onun adı tez-tez hallanır və bunu normal hesab edir.

Konte vurğulayıb ki, federasiya rəhbəri olsaydı, öz namizədliyini də digər məşqçilərlə yanaşı nəzərdən keçirərdi.

Mütəxəssis milli komandada işləməyin onun üçün böyük qürur olduğunu da gizlətməyib.

O əlavə edib ki, hazırda "Napoli" ilə müqaviləsi var və mövsümün sonunda klub prezidenti ilə gələcəyini müzakirə edəcək.

İdman.Biz