FIFA prezidenti Luçeskunun vəfatına reaksiya verib

8 Aprel 2026 10:15
133
FIFA prezidenti Luçeskunun vəfatına reaksiya verib

FIFA prezidenti Canni İnfantino əfsanəvi rumıniyalı məşqçi Mirça Luçeskunun vəfatı ilə bağlı başsağlığı verib.

İdman.Biz xəbər verir ki, açıqlama qurumun saytında dərc edilib.

"Futbol üçün çox kədərli gündür. Biz bir əfsanə ilə vidalaşırıq. Ürəyim Luçeskunun ailəsi və yaxınları ilədir. Rahat uyu", - deyə Beynəlxalq Futbol Federasiyasının prezidenti bildirib.

Xatırladaq ki, M.Luçesku ötən gün 80 yaşında dünyasını dəyişib. Rumıniyalı mütəxəssis "İnter", Türkiyənin "Beşiktaş" və "Qalatasaray", Donetskin "Şaxtyor", Kiyevin "Dinamo" kimi klublarına rəhbərlik edib.

İdman.Biz