“Sabah” Azərbaycan Premyer Liqasında 50-ci səfər qələbəsini qazanıb

8 Aprel 2026 10:57
154
“Sabah” Azərbaycan Premyer Liqasında 50-ci səfər qələbəsini qazanıb

“Sabah” Azərbaycan Premyer Liqasında 50-ci səfər qələbəsini qazanıb.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 26-cı turuna təsadüf edib.

Bakı klubu “Araz-Naxçıvan”a 4:2 hesabı ilə qalib gəlib.

“Sabah” 120-ci səfərində “50”yə çatıb. Paytaxt təmsilçisi ilk qələbəsini Premyer Liqadakı debüt matçında - 2018-ci il avqustun 12-də “Şamaxı” üzərində qazanıb - 1:0.

“Sabah” turnirin tarixinə rəqib meydanında 50 və daha çox oyunda qalib gələn on birinci komanda kimi düşüb. Bakılılar bu göstəricidə “Şəmkir”ə çatıb.

İdman.Biz