Misli Premyer Liqasında məhsuldar turlar seriyası davam edir.
İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 26-cı turda 23 qol vurulub və orta məhsuldarlıq 3,83-ə bərabər olub
Bu göstərici ardıcıl dördüncü dəfə üç və ya daha yüksək olub. 23-cü turda 21 (3,50), 24-cü turda 19 (3,17), 25-ci turda 18 (3,00) qol vurulub.
Üçüncü dövrənin startından yaşanan bu məhsuldarlıq seriyası Azərbaycan çempionatlarının yüksək dəstəsində 21-ci əsrin rekordudur.
Daha uzun seriya 2000/2001 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt ikinci-səkkizinci turlarda ardıcıl yeddi dəfə orta məhsuldarlıq üç və ya daha yüksək olub. Sonrakı illərdə isə belə seriyalar üç turdan uzun sürməyib.
