FIFA Misir millisinə qarşı keçirilən yoldaşlıq oyunu zamanı baş verən insidentlə bağlı İspaniya Futbol Federasiyasını cəzalandırmaq qərarına gəlib.
İdman.Biz COPE nəşrinə istinadla xəbər verir ki, qarşılaşma zamanı ispan azarkeşlərin dini inancları hədəf alan davranışı qurumun diqqətindən yayınmayıb.
Tribunadakı tərəfdarlar dini mövzuda zarafat edərək, “Tullanmayan müsəlmandır!” şüarlarını səsləndiriblər. Bu hərəkət intizam qaydalarının pozulması və ayrı-seçkilik kimi qiymətləndirildiyi üçün FIFA-nın İspaniya futbol qurumuna qarşı ciddi sanksiyalar tətbiq edəcəyi gözlənilir.
Xatırladaq ki, matç bitdikdən sonra İspaniya millisinin hücumçusu Lamin Yamal etiraz olaraq azarkeşlərlə sağollaşmadan meydanı tərk edən yeganə futbolçu olub.
@idman.biz COPE-nin yaydığı məlumata görə, FIFA Misirlə yoldaşlıq oyunu zamanı baş verən insidentə görə İspaniya Futbol Federasiyasını cəzalandıracaq #Futbol #FIFA #İspaniya
♬ Idman və Biz - orijinal ses - Idman və Biz
