“Sabah”ın futbolçusu əməliyyat olunub

11 İyun 2026 15:03
120
“Sabah”ın futbolçusu əməliyyat olunub

“Sabah”ın futbolçusu Xəyal Əliyev əməliyyat olunub.

İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib.

Madrid şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb.

İdman.Biz