Pedro Bikalyonun “Qarabağ”da qalması təsdiqləndi

11 İyun 2026 13:07
389
Pedro Bikalyonun “Qarabağ”da qalması təsdiqləndi

“Qarabağ” klubu futbolçusu Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, “köhlən atlar” braziliyalı yarımmüdafiəçi ilə yeni üç illik sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.

2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı oyunçu 51 oyun keçirib və bir qola imza atıb.

Qeyd edək ki, bu barədə bir neçə gün əvvəl futbolçunun agentliyinə istinadən xəbər vermişdik.

İdman.Biz