Felipe Santos Misli Premyer Liqasında 25-ci qolunu vurub.
İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı legioner buna 26-cı turda “Sabah”a uduzduqları (2:4) matçda nail olub.
Hücumçu 109-cu oyununda “25”ə çatıb. Turnirdə 2021/2022 mövsümündə debüt edən vinger üç klubda forma geyinib.
F.Santos “Şamaxı”da 6 (21 oyunda), “Qəbələ”də 3 (35 oyunda), “Araz-Naxçıvan”da 16 (53 oyunda) qola imza atıb. Felipe Santos turnirin tarixində 25 və ya daha çox qol vuran 131-ci futbolçudur.
Cənubi amerikalı eyni sayda qola imza atan Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Zohair Benouahi, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramova çatıb.
