“Sivasspor”a qayıdış – 15 ildən sonra

Xəbərlər
2 Yanvar 2024 15:39
144
“Sivasspor”a qayıdış – 15 ildən sonra

Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdman.biz xəbər verir ki, komandanı Bülənt Uyqun çalışdıracaq.

Baş məşqçilik karyerasına məhz Sivas təmsilçisində başlayan 52 yaşlı mütəxəssisin 2-ci dönüşü 15 ildən sonra baş tutub. Bu gün baş məşqçi ilə rəsmi müqavilə imzalanıb.

O, bu postda Servet Çetini əvəzləyib.

Qeyd edək ki, "Sivasspor" 17 turdan sonra 21 xalla Türkiyə Super Liqasında 10-cu pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: