İngiltərə Kubokunda yarımfinal cütlükləri bəlli olub

6 Aprel 2026 00:45
124
İngiltərə Kubokunda yarımfinal cütlükləri bəlli olub

İngiltərə Kubokunun 2025/2026 mövsümündə 1/2 final mərhələsinin püşkü atılıb.

İdman.Biz İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, finala vəsiqə uğrunda aşağıdakı komandalar qarşılaşacaq:
“Çelsi” – “Lids”
“Mançester Siti” – “Sauthempton”

Turnirin bu mərhələsinin oyunları aprelin 25-i və 26-da Londondakı əfsanəvi “Uembli” stadionunda keçiriləcək.

Xatırladaq ki, 1/4 final mərhələsində “Mançester Siti” “Liverpul”u (4:0), “Çelsi” isə “Port Veyl”i (7:0) darmadağın edərək adını növbəti mərhələyə yazdırıb. Digər qarşılaşmalarda “Sauthempton” “Arsenal”dan (2:1) üstün olub, “Lids” isə “Vest Hem”i penaltilər seriyasında məğlub edərək (əsas vaxt 2:2, penaltilər 4:2) yarımfinala yüksəlib.

İdman.Biz