Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində “Ayntraxt” (Frankfurt) öz meydanında “Köln”ü qəbul edib. “Doyçe Bank Park” stadionunda baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan matçda bütün qollar son yarım saatda vurulub. Meydan sahibləri 66-cı dəqiqədə Jonatan Burkartın qolu ilə hesabı açıblar. Cəmi üç dəqiqə sonra Arno Kalimuen-Muinqa fərqi ikiyə çatdıraraq komandasını inamlı qələbəyə yaxınlaşdırıb.
Lakin “Köln” təslim olmayaraq qısa müddətdə tarazlığı bərpa etməyi bacarıb. 70-ci dəqiqədə Yakub Kaminski fərqi minimuma endirib. Matçın sonlarına yaxın, 83-cü dəqiqədə isə Alessio Kastro-Montes “keçilər”in bərabərlik qoluna imza ataraq yekun nəticəni müəyyənləşdirib.
Bu heç-heçədən sonra “Ayntraxt” (39) turnir cədvəlində mövqeyini qoruyub (yeddinci pillə), “Köln” (27) isə liqada qalmaq uğrunda mübarizədə vacib bir xal qazanıb.
20:32
Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində “Union” (Berlin) və “Sankt-Pauli” komandaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçın 25-ci dəqiqəsində Matias Pereyra Laj qonaqları hesabda irəli çıxarıb. Lakin ikinci hissənin əvvəlində - 51-ci dəqiqədə Andrey İliç Derrik Konun ötürməsini qola çevirərək tarazlığı bərpa edib.
Qazanılan bir xal “Union”un xallarının sayını 32-yə çatdırıb və komanda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 24 xalı olan “Sankt-Pauli” isə 16-cı yerdə qalmaqda davam edir.
