İspaniyanın “Real” futbol komandasının baş məşqçisi Alvaro Arbeloa mövsümün sonunda postunu tərk etmək təhlükəsi ilə üz-üzədir.
İdman.Biz “Diario AS” nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi komandanın son nəticələrindən, o cümlədən “Malyorka”ya 1:2 hesablı məğlubiyyətindən məyus olub.
Mənbənin məlumatına görə, mütəxəssisin klubdakı gələcəyi ciddi sual altındadır. Arbeloa böyük ehtimalla yalnız komandanın mövsümü kubokla başa vuracağı təqdirdə vəzifəsini qoruya biləcək.
Hazırda “Real” La Liqanın sonuna səkkiz tur qalmış “Barselona”dan yeddi xal geri qalır. Eyni zamanda, İspaniya çempionatı tarixində bu mərhələdə belə xal fərqi heç vaxt aradan qaldırılmayıb.
Beləliklə, baş məşqçinin taleyi əsasən komandanın Çempionlar Liqasındakı çıxışından asılı olacaq. Qitənin ən nüfuzlu turnirinin 1/4 finalında “Real” “Bavariya” ilə qarşılaşmalıdır.
