Messidən tarixi zərbə: Yeni stadionda başla vurulan ilk qol - VİDEO

5 Aprel 2026 09:39
419
Messidən tarixi zərbə: Yeni stadionda başla vurulan ilk qol - VİDEO

MLS-də “İnter Mayami”nin yeni stadionunda tarixi an yaşanıb. Müasir arenada klubun ilk qoluna əfsanəvi Lionel Messi imza atıb və o, bu topu başla rəqib qapısından keçirib. Yeni dövrün məhz Leo tərəfindən açılması xüsusi rəmzi məna daşıyır.

İdman.Biz xəbər verir ki, tarixi qola baxmayaraq, komanda qələbə qazana bilməyib. “Ostin”ə qarşı keçirilən görüş 2:2 hesablı bərabərliklə başa çatıb.

Matçın sonlarında Luis Suares meydana daxil olaraq komandasını məğlubiyyətdən xilas edib. “El Pistolero” ləqəbli hücumçuya əvəzetmədən sonra qol vurmaq üçün cəmi səkkiz dəqiqə lazım olub.

İdman.Biz