Futbolda şok məğlubiyyət: 1:50 hesablı darmadağın qeydə alınıb

4 Aprel 2026 17:39
162
Futbolda şok məğlubiyyət: 1:50 hesablı darmadağın qeydə alınıb

Macarıstanda keçirilən futbol matçında inanılmaz hesab qeydə alınıb.

İdman.Biz xəbər verir ki, Macarıstanın U-19 liqasında təmsil olunana Kişkunhalaş şəhərinin eyni adlı komandası “Çolioşpaloş”a 1:50 hesabı ilə məğlub olub.

Turnir cədvəlinin son pilləsində qərarlaşan meydan sahibləri heyət toplaya bilmədikləri üçün oyuna doqquz nəfərlə çıxıblar. Lider olan qonaqlar isə say bərabərliyi üçün iki oyunçunu ehtiyatda saxlamaqdan imtina edərək rəqib qapısından düz 50 top keçiriblər. Oyunda hətta qapıçı da dubl müəllifi olub.

Ən çox qolu 17 yaşlı Zalan vurub - o, ilk hissədə 12 dəfə fərqləndikdən sonra əvəzlənib.

Macarıstan Futbol Federasiyası bu nəticəni qəbul etməyib və "Kişkunhalaş" komandasını liqadan uzaqlaşdırıb.

İdman.Biz