Azərbaycanlı futbolçu karyerasını İspaniyada davam etdirəcək - FOTO

2 İyun 2026 20:27
50
Azərbaycanlı futbolçu karyerasını İspaniyada davam etdirəcək

Azərbaycanlı gənc futbolçu Səid Aslanov peşəkar karyerasını İspaniyada davam etdirəcək.

İdman.Biz-in Oxu.Az-a istinadən məlumatına görə, 15 yaşlı mərkəz müdafiəçisini İspaniyanın “Real Mursiya” klubu öz heyətinə qatıb.

Səid Aslanov ölkəmizdə “Zirə” klubunun aşağı yaş qruplarında çıxış edib.

Onun İspaniyadakı fəaliyyəti isə bununla məhdudlaşmır. Gənc futbolçu daha əvvəl bu ölkənin “Hueska” klubunun U-16 komandasının formasını geyinərək oyun təcrübəsi əldə edib.

Qeyd edək ki, "Real Mursiya" hazırda İspaniyada “Primera Federación”da (üçüncü liqa) mübarizə aparır.

İdman.Biz