Xames Rodriqes xəstəxanaya yerləşdirilib

3 Aprel 2026 11:19
142
Xames Rodriqes xəstəxanaya yerləşdirilib

Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqes Fransa ilə keçirilən yoldaşlıq oyunundan (1:3) sonra xəstəxanaya yerləşdirilib.

İdman.Biz xəbər verir ki, Kolumbiya Futbol Federasiyasının mətbuat xidməti aprelin 29-da baş tutan matçda start heyətində meydana çıxan və 63-cü dəqiqədə əvəzlənən futbolçuya kəskin susuzlaşma (dehidratasiya) diaqnozu qoyulduğunu açıqlayıb.

Məsələ ilə bağlı yayılan rəsmi bəyanatda bildirilir:

“Minnesota ştatındakı tibb müəssisəsi ilə əlaqə saxlanıldıqdan sonra yarımmüdafiəçinin idmanla əlaqəli olmayan sağlamlıq problemi səbəbindən mütəxəssislərin nəzarəti altında olduğu təsdiqlənib. Fransa ilə oyundan bir gün sonra oyunçuda şiddətli susuzlaşma aşkarlanıb, bu səbəbdən o, profilaktik nəzarət və bərpa üçün xəstəxanada keçirib”.

Federasiya həmçinin vurğulayıb ki, bu vəziyyətin futbolçunun dayaq-hərəkət sistemi və ya aldığı hər hansı zədə ilə heç bir əlaqəsi yoxdur. Son məlumatlara görə, ulduz oyunçunun vəziyyəti yaxşılaşmağa doğru gedir və müsbət dinamika müşahidə olunur.

İdman.Biz