Roberto Martinesdən Ronaldu açıqlaması

31 Mart 2026 17:15
75
Roberto Martinesdən Ronaldu açıqlaması

Portuqaliya futbol yığmasının baş məşqçisi Roberto Martines komandanın kapitanı Kriştianu Ronaldunun beynəlxalq karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualları cavablandırıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis 41 yaşlı hücumçunun hələ də yüksək motivasiyaya malik olduğunu vurğulayıb.

O, Ronaldunun gələcəyi ilə bağlı proqnoz verməyin mənasız olduğunu bildirib. Qeyd edib ki, Kriştianu uzunmüddətli planlar qurmaq əvəzinə, "burada və indi" ən yaxşısı olmağa fokuslanıb:

“Onun düşüncə tərzi heyranedicidir. O, hər günü sanki sonuncu günüymüş kimi yaşayır və həmişə daha yaxşı olmağa çalışır. Sonun nə vaxt gələcəyini heç vaxt bilmək olmaz”.

Təcrübəli məşqçi Ronaldunun hazırkı zədəsi barədə də məlumat verib. O, ulduz futbolçunun yumşaq toxuma zədəsi aldığını, lakin bunun ciddi problem olmadığını deyib:

“Böyük ehtimalla, gələn həftə o, ümumi qrupla məşqlərə başlaya biləcək”.

Martines Kriştianunun komandadakı rolunun əvəzsiz olduğunu xatırladaraq əlavə edib:

“Kriştianu bizim kapitanımızdır. O, komanda üçün çox vacibdir və böyük təsirə malikdir. Millətlər Liqasını onunla birlikdə qazandıq. Onun cərimə meydançasındakı bitiricilik qabiliyyəti və hücumları sonlandırması bizim üçün əhəmiyyətlidir”.

İdman.Biz