“Qarabağ” klubunun futbolçusu Bədavi Hüseynov Azərbaycan millisinin tarixinə düşüb.
İdman.Biz xəbər verir ki, 34 yaşlı müdafiəçi buna “FIFA Serias - 2026” turnirində nail olub.
Sent Lüsiya və Syerra-Leone ilə matçlarda iştirak edən təcrübəli oyunçu Azərbaycan millisində ən çox matça çıxan üçüncü futbolçu olub.
B.Hüseynov bu turnirədək yığmada 78 qarşılaşmada iştirak etmişdi.
Oyunların sayını 80-ə çatdıran müdafiəçi sabiq qapıçı Kamran Ağayevi (79) geridə qoyub. Aslan Kərimovun da aktivində 80 matç var.
Hazırda rekord Rəşad Sadıqova məxsusdur - 111 oyun. Maksim Medvedev (81 oyun) ikinci pillədə qərarlaşıb.
