“Hətta bu gün hava da millimizi qələbəyə səsləyir” - Vaqif Cavadovun İDMAN.BİZ-ə AÇIQLAMASI

30 Mart 2026 13:29
163
“Hətta bu gün hava da millimizi qələbəyə səsləyir” - Vaqif Cavadovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Bu gün Azərbaycan milli futbol komandası “FIFA Series 2026” turniri çərçivəsində ikinci oyununu keçirəcək. Sumqayıtda millimiz Syerra-Leone millisi ilə qarşılaşacaq.

Futbol millimizin sabiq hücumçusu Vaqif Cavadov İdman.Biz-ə açıqlamasında oyun barədə fikirlərini bölüşüb. O, hazırda “Sumqayıt”ın əvəzedici heyətinin baş məşqçisidir və vaxtilə milli komandada 50-dən çox oyun keçirib.

“Sent-Lüsiya üzərində böyükhesablı qələbədən sonra yığma nəhayət uzun müddət davam edən qələbəsizlik seriyasını qırdı. Əlbəttə, Syerra-Leone daha ciddi rəqibdir, amma bu da oyunu daha maraqlı edəcək. Mən qələbəyə ümid edirəm: hətta bu gün hava da qələbəyə kökləyir.

Əminəm ki, tribunada əvvəlkindən daha çox azarkeş olacaq. Komandaya ilk oyundakı uğuru möhkəmləndirmək üçün “12-ci oyunçu”nun güclü dəstəyi çox lazımdır”, - deyə Vaqif Cavadov bildirib.

Qeyd edək ki, qarşılaşma saat 19:00-da 15 mindən çox tamaşaçı tutumuna malik Mehdi Hüseynzadə adına stadionunda start götürəcək.

İdman.Biz