İker Kasilyasın oğlu “Klasiko”da göz yaşlarını saxlaya bilməyib - VİDEO

30 Mart 2026 00:07
97
İker Kasilyasın oğlu “Klasiko”da göz yaşlarını saxlaya bilməyib - VİDEO

İspaniyanın “Real” futbol komandasının əfsanəvi qolkiperi İker Kasilyasın oğlu Martin Kasilyas uşaq komandaları arasında keçirilən “El-Klasiko”da duyğulu anlar yaşayıb.

İdman.Biz xəbər verir ki, “Kral Klubu”nun aşağı yaş qrupunda çıxış edən gənc qolkiper, əzəli rəqiblərinə - “Barselona”ya məğlub olduqdan sonra meydanda göz yaşlarına hakim ola bilməyib.

Futbolun böyük rəqabətini və məsuliyyətini kiçik yaşlarından hiss edən Martin, oyunun final fitindən sonra böyük sarsıntı keçirib. Lakin matçın ən yadda qalan məqamı rəqib futbolçuların ona qarşı nümayiş etdirdiyi nəcib davranış olub.

“Barselona”nın gənc oyunçuları ağlayan rəqiblərini tək qoymayıblar. Onlar dərhal Martinin yanına gələrək onu qucaqlayıb və təsəlli veriblər.

Martin Kasilyas hazırda “Real”ın uşaq akademiyasında atasının mövqeyində - qapıda çıxış edir.

İdman.Biz