Arda Güler və sevgilisi kameraları görəndə həyəcanlandılar - VİDEO

30 Mart 2026 00:18
94
Arda Güler və sevgilisi kameraları görəndə həyəcanlandılar - VİDEO

İspaniyanın “Real Madrid” futbol komandasının yarımmüdafiəçisi Arda Güler təkcə yaşıl meydanlardakı oyunu ilə deyil, şəxsi həyatı ilə də diqqət mərkəzindədir. Gənc ulduz sevgilisi Duru Naymanla gəzinti zamanı görüntülənib.

İdman.Biz xəbər verir ki, küçədə birlikdə gəzən cütlük qəfildən kameraları görüncə qısa müddətli panika yaşayıblar. Onların həmin anlardakı maraqlı dialoqu obyektivlərdən qaçmayıb.

Kameranı görən Arda Gülerin sevgilisinə, “Duru, oraya baxmayaq ” dediyi, Duru Naymanın isə “baxmayaq” deyərək onu təsdiqlədiyi eşidilib. Cütlüyün kameralardan yayınmağa çalışması, lakin səmimiyyətlərini qoruması izləyicilərin marağına səbəb olub.

Həyəcanlı anlardan sonra Arda Gülerin vəziyyəti yumorla qarşılaması fanatlarını güldürüb. Gənc futbolçunun sevgilisinə zarafatla “gözəl dur” deməsi də kameralara düşüb. Bu səmimi görüntülər qısa müddət ərzində sosial media platformalarında ən çox paylaşılan və şərh edilən mövzulardan birinə çevrilib.

İdman.Biz