Eritreya futbol millisi təxminən yeddi ildən sonra ilk matçına çıxıb və dərhal böyük sürprizə imza ataraq Esvatini yığmasına 2:0 hesabı ilə qalib gəlib.
İdman.Biz xəbər verir ki, 2020-ci ildən bəri oynamayan və 19 ildən sonra Afrika Kubokunun təsnifat mərhələsinə qayıdan komandanın bu oyunu ətrafında bir neçə maraqlı fakt diqqət çəkib. Belə ki, millinin baş məşqçisi cəmi iki həftə əvvəl təyin olunub. Komandanın heyəti əsasən Avropa və Avstraliyadan olan oyunçulardan təşkil edilib. Bundan əlavə, ölkədə uyğun stadionun olmaması səbəbindən qarşılaşma Mərakeşdə keçirilib.
