UEFA-nın dəstəyi ilə AFFA tərəfindən həkimlər üçün seminar keçirilib - FOTO

13 May 2026 13:02
129
UEFA-nın dəstəyi ilə AFFA tərəfindən həkimlər üçün seminar keçirilib - FOTO

UEFA-nın dəstəyi ilə AFFA tərəfindən Azərbaycan milli komandaları, Misli Premyer Liqası və Birinci Liqa klublarının həkimləri üçün “Futbolda zədələr və onların müalicə metodları” adlı seminar təşkil olunub.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, AFFA-nın inzibati binasında baş tutan seminara Azərbaycan milli komandalarının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib. Həmçinin U-21-in həkimi Olcay Bayramov, futzal üzrə Azərbaycan millisinin həkimi Fuad Səfərov və qadınlardan ibarət yığmanın həkimi Lalə İbrahimova da çıxış ediblər.

Məqsəd komandalarda çalışan tibbi heyətin biliyini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və bunun UEFA standartlarına uyğun həlli yolları ilə həkimləri tanış etmək olub.

İdman.Biz