Azərbaycanın U-17 futbol yığması Litva ilə qolsuz heç-heçə edib - YENİLƏNİB

27 Mart 2026 15:11
429
Azərbaycanın U-17 futbol yığması Litva ilə qolsuz heç-heçə edib - YENİLƏNİB

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda növbəti oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, B liqasının ikinci qrupunda yer alan komanda Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 daha əvvəl Bolqarıstanla bərabərə qalıb - 1:1. Komanda martın 30-da Malta ilə münasibətlərə aydınlıq gətirəcək.

11:08

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundu çərçivəsində ikinci oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, B liqasının ikinci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşacaq.

“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Qarşılaşmanı Türkiyə və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

27 mart
13:00. Litva (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Ozan Ergün (Türkiyə)
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi

İdman.Biz