İspaniyanın “Atletiko” futbol klubu “Barselona”nın hücumçusu Ferran Torresin vəziyyətini diqqətdə saxlayır.
İdman.Biz transfer mütəxəssisi Matteo Morettoya istinadla xəbər verir ki, Madrid təmsilçisinin direktoru Mateu Alemani hələ Kataloniya klubunda çalışarkən “Mançester Siti”dən transfer etdiyi Torresin böyük pərəstişkarıdır.
Performansındakı enişdən sonra Torresin gələcəyi şübhə altına düşüb. Kataloniya nəhəngi çətinlik çəkən hücumçu ilə müqavilənin yenilənməsi barədə hələ dəqiq qərar verməyib.
İspaniyalı futbolçunun hazırkı müqaviləsi gələn il başa çatır. Mövsümün sonuna qədər nümayiş etdirəcəyi oyun onun “Barselona”dakı karyerasını davam etdirməsi üçün həlledici olacaq.
