Türkiyənin “Qalatasaray” futbol klubunun rəhbərliyi Avropa nəhənglərinin diqqət mərkəzində olan Viktor Osimhen üçün transfer məbləğini dəqiqləşdirib.
İdman.Biz İspaniya mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi nigeriyalı ulduz üçün 150 milyon avro (299 milyon 745 min AZN) tələb edir.
Çempionlar Liqasındakı performansı ilə diqqətləri üzərinə çəkən Osimhenə “Barselona” başda olmaqla, PSJ, “Yuventus”, “Bavariya” və “Atletiko” klublarının maraq göstərdiyi bildirilir. İddialara görə, “Barselona”nın əsas hədəfi Xulian Alvares olsa da, bu transferin çətinliyi səbəbindən Osimhen alternativ variant kimi gündəmə gətirilib.
Rəhbərlik 27 yaşlı forvard üçün müəyyən etdiyi 150 milyon avroluq (299 milyon 745 min AZN) təzminat məbləğini iddialı klublara çatdırıb. Tələb olunan rəqəm ödənildiyi təqdirdə, Osimhenin komandanı tərk edəcəyinə qəti gözlə baxılır. Bu keçid reallaşarsa, klub tarixinin ən bahalı satışlarından biri olacaq.
