Azərbaycanın U-19 millisi Avropa çempionatı seçməsinə darmadağınla start verib - YENİLƏNİB

25 Mart 2026 22:12
311
Azərbaycanın U-19 millisi Avropa çempionatı seçməsinə darmadağınla start verib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində ilk matçına çıxıb.

İdman.Biz xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan milli Litvada yerli komanda ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə bitib - 4:0.

11:05

Bu gün Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ilk raunduna start verir.

İdman.Biz xəbər verir ki, B Liqasının altıncı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Kaunasdakı "Raudondvario" stadionunda start götürəcək. Matçı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.

İdman.Biz
Məqalədə: