“Şamaxı” klubu mövsümün sonunda aparıcı futbolçularından biri ilə yollarını ayıracaq.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, İsveçrəli hücumçu Karim Rossi komandada qalmayacaq.
Klub rəhbərliyi 31 yaşlı forvarda yeni müqavilə təklif etsə də, futbolçu bu təklifi qəbul etməyib. Bildirilir ki, Rossinin başqa klublardan daha sərfəli təklifləri var və o, karyerasını daha yüksək maaşla davam etdirmək niyyətindədir.
2025-ci ildə “Şamaxı”ya qoşulan hücumçu cari mövsümdə Premyer Liqada 9, Azərbaycan Kubokunda isə 3 qol vuraraq komandanın ən məhsuldar oyunçularından birinə çevrilib.
Qeyd edək ki, Karim Rossinin “Şamaxı” ilə müqaviləsi mövsümün sonunda başa çatır.
