“İlk növbədə Allaha təşəkkürümü bildirmək istəyirəm”.
Bu sözləri “Neftçi”nin futbolçusu Breno Almeyda deyib.
Braziliyalı oyunçu “Şamaxı”ya üç cavabsız qolla qalib gəldikləri Misli Premyer Liqasının 31-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.
“Bütün komanda yollaşlarıma minnətdaram. Onlar həqiqətən meydanda böyük iş gördülər. Qazandığımız hər nəticə gördüyümüz işin, çəkdiyimiz əziyyətin nəticəsidir. Məşqlərdə etdiklərimizi oyun vaxtı meydanda da sərgiləməyə çalışırıq”, - deyə o, sport24.az-a açıqlamasında bildirib.
Qarşılaşmada cərimə zərbəsindən baxımlı qola imza atan oyunçu fərqləndiyi üçün xoşbəxt olduğunu söyləyib:
“O qolu vura bildiyim üçün tanrıya şükür edirəm. Cərimə zərbələrini adətən Emin Mahmudov yerinə yetirir. Onu kimi futbolçu ilə bir komandada oynamaq mənim üçün fəxrdir”.
