“Futbol elə bir oyundur ki, daimi olaraq sən eyni tempdə davam edə, eyni cür oynaya bilməzsən”.
Bunu “Neftçi”nin müdafiəçisi Falaye Sako futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Misli Premyer Liqasının 31-ci turunda “Şamaxı” üzərində 3:0 hesablı qələbə qazandınız…
- Çox sevinirəm. Çünki bu qarşılaşmada bizim üçün 3 xal qazanmaq vacib idi. Əlimizdən gələni etdik və qələbəyə nail olduq. Düşünürəm ki, çox önəmli qalibiyyətdir.
- “Şamaxı” qapanan komanda olduğu üçün adətən onlara qarşı oynamaq çətindir. Amma siz sanki rahat bir matç keçirdiniz…
- Əlbəttə ki, bu bizim baş məşqçimizin işinin bəhrəsidir. Çalışdırıcımız bizi hər komandaya uyğun hazırlayır, hər komandaya uyun taktiki tapşırıqlar verir. Demək olar ki, bütün həftəboyu həmin komandaya uyğun hazırlıq keçirik.
- “Neftçi” bundan öncəki matçlarda daha çox ona görə qınanırdı ki, komanda ilk hissədə rəqibə pressinq edirdi, amma ikinci yarıda bunun davamın gətirə bilmirdi. “Şamaxı” ilə matçda isə komanda demək olar ki, sona qədər işinin öhdəsindən gəldi. Demək olar ki, fiziki planda komanda daha da yaxşılaşıb?
- Bayaq vurğuladığım kimi, hər rəqibin özünə uyğun taktikası, oyun fəlsəfəsi var. Baş məşqçi də buna uyğun olaraq komandanı hazırlayır. Təhlil edirik, ona görə də oynayırıq. Demək olar ki, hər oyun eyni cür olur.
- Komanda çox qol epizodu yaratdı, amma hamısından istifadə edə bilmədi. Bunun səbəbin nədə görürsən?
- Məsələ bundadır ki, çempionatın əvvəlində oyunçular bir-birini tanımırdılar, komanda uyğunlaşmamışdı. Yeni komanda yığılmışdı. Bir müddət lazım idi ki, adaptasiya keçək, hamımız uyğunlaşaq. Hazırda elə vəziyyətdir ki, komanda bir-birinin rahat başa düşür, rahat oynayır.
- Öz oyununda yüksəlişi hiss edirsən?
- Futbol elə bir oyundur ki, daimi olaraq sən eyni tempdə davam edə, eyni cür oynaya bilməzsən. Bunu göstərmək qeyri-mümkündür. Bəzən elə anlar olur ki, eniş yaşayırsan, istədiyin performansı göstərə bilmirsən. Amma əsas odur ki, hər zaman konsentrasiyan yüksək olsun.
- Artıq avrokuboklara getməyiniz sadəcə “Sabah”ın qələbəsindən asılıdır. Demək olar ki, “Neftçi” 4-cü yeri qarantiləyib.
- Bizim avrokuboklara getmək üçün yeganə yolumuz odur ki, “Sabah” kuboku qazansın. Biz də mövsümü 4-cü yerdə bitirb, Konfrans Liqasına qatıla bilərik. Bundan əlavə “Sabah” kuboku qazansa, o bizə daha çox motivasya verəcək ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edək.
- Elə növbəti oyununuz da “Sabah”a qarşıdır. Onları da məğlub edə biləcəksiz?
- Fikrimcə, çox yaxşı oyun olacaq. “Sabah” çox yaxşı kollektivdir, yaxşı oyun göstərirlər. Biz də onlardan geri qalmırıq. Maraqlı qarşılaşma keçəcək.
