Asensioya İspaniyadan təkliflər var, “Fənərbağça” qərarını verdi

24 Mart 2026 11:58
85
Asensioya İspaniyadan təkliflər var, “Fənərbağça” qərarını verdi

Türkiyənin “Fənərbağça” futbol klubunun mövsümün əvvəlində heyətinə qatdığı Marko Asensio göstərdiyi oyunla diqqət mərkəzinə düşüb. 30 yaşlı ispaniyalı futbolçu İstanbul klubunda karyerasının ən uğurlu mövsümlərindən birini keçirir və azarkeşlərin sevimlisinə çevrilib.

İdman.Biz xəbər verir ki, onun çıxışı İspaniyanın aparıcı klublarının marağına səbəb olub. “Atletiko” Madrid, “Vilyarreal” və “Sevilya” futbolçunu yaxından təqib edir.

Xüsusilə “Vilyarreal”ın transfer üçün ilkin addımlar atdığı və mövsüm başa çatmadan rəsmi təklif hazırladığı bildirilir.

Buna baxmayaraq, “Fənərbağça” rəhbərliyi Asensio ilə bağlı qəti mövqe sərgiləyib və onu komandadan göndərmək niyyətində deyil.

Klub rəhbərliyi futbolçunu heyətin əsas fiqurlarından biri hesab edir və maraqlanan tərəflərin təkliflərini belə qəbul etmək istəmir.

İdman.Biz