Almaniyanın "Berliner" klubunun üzvü Zeyd Nəsirullanın 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin toplanışında iştirak etməməsinin səbəbi bəlli olub.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, 17 yaşlı mərkəz müdafiəçisi topuğundan zədələndiyi üçün yığmanın düşərgəsindən kənarda qalıb.
O, Bundesliqanın Gənclər Liqasında "Borussiya Münxenqladbax"la keçirilən matçda xəsarət alıb.
Həkimlərin rəyinə əsasən, Zeyd Nəsirulla 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda martın 24-də Bolqarıstan, 27-də Litva və 30-da Malta ilə qarşılaşacaq.
