Mbappenin icazəsiz mərc reklamı qalmaqalı

7 İyun 2026 18:35
111
Mbappenin icazəsiz mərc reklamı qalmaqalı

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu və Fransa millisinin kapitanı Kilian Mbappe Fransa Futbol Federasiyası ilə yeni qalmaqal yaşayıb.

İdman.Biz “Diario AS” nəşrinə istinadən xəbər verir ki, futbolçunun fotosu “Betclic” mərc şirkətinin reklam kampaniyasında onun icazəsi olmadan istifadə edilib. Bu hal Mbappenin ciddi narazılığına səbəb olub.

Reklam kampaniyasında Fransa millisinin digər üzvləri Rayan Çerki, Dezire Due, Maykl Olise və Usman Dembele də yer alıblar.

Mbappe uzun illərdir imicinin mərc şirkətləri və bəzi fast-fud brendləri ilə əlaqələndirilməsinə qarşı çıxır. O, bu cür reklamların xüsusən gənclərə mənfi təsir göstərə biləcəyini düşünür.

Fransa millisinin kapitanı daha əvvəl də yığmanın imic hüquqları ilə bağlı kommersiya məsələlərindən narazı qalıb. Son hadisə futbolçularla federasiya arasında bonusların azaldılması və Dünya Çempionatı üçün ailə üzvlərinə ayrılan bilet sayı ilə bağlı gərginliklərin fonunda baş verib.

İdman.Biz